HÖKMÜ KEÇMƏK

hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək.

HÖKMDƏN DÜŞMƏK
HÖRMƏT GÖRMƏK
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Ölüm hökmü
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Paris hökmü
Paris hökmü — qədim yunan mifologiyasında Troya şahzadəsi Parisin üç ilahə haqqında hökmünü elan etdiyi pastoral gözəllik yarışması haqqında hekayə. Hekayə bu hökmdən sonra baş verəcək dəhşətli hadisələr barədə heç bir işarə vermir. == Mənbələr == Mifoloji hekayələrdə tez-tez olduğu kimi, süjet təfərrüatları mənbədən asılı olaraq xeyli dəyişir. "İliada"da (24:25–30) bu hekayənin yalnız qısa qeydi var. Bu, oxucunun bütün eposun inkişaf etdiyi süjetlə ilkin tanışlığını göstərir. Süjetin daha dolğun variantı epik dövrün itirilmiş hissəsi olan Kipr nağıllarında nəql edilmişdir, lakin onun yalnız fraqmentləri və etibarlı təkrarı salamat qalmışdır. Sofokl özünün "Məhkəmə" satirik dramını bu süjetə həsr etmişdir. Sonrakı müəlliflər Ovid ("Heroidlər": 16.71ff, 149–152, 5.35f), Lukion ("Tanrıların dialoqları": 20) və başqaları bu süjeti ironik və ya didaktik açarla təkrarlayırlar.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Ermənistanda ölüm hökmü
Ermənistanda ölüm cəzası 1991-ci ildən tətbiq edilmir. == İcranın ləğvi == Ermənistanda sonuncu edam 30 avqust 1991-ci il tarixində baş vermişdir. Edam başın arxasından güllə ilə həyata keçirilmişdir, lakin edam edilənlər haqqında məlumat yoxdur. Ölüm cəzası 2003-cü ildə ləğv edilənə qədər adamöldürmə, dövlətə xəyanət və ağır hərbi cinayətlərə görə qanuni cəza hesab olunurdu. Ermənistan Milli Məclisində edam cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsini nəzərdə tutan yeni Cinayət Məcəlləsinin yeni layihəsini birdən üç oxunuşda qəbul edilmişdir. Buna baxmayaraq, bu, edamın ləğvi haqqında qanun qüvvəyə minənədək ağır cinayətlər törətmiş şəxslərə şamil edilməmişdir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır. Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır.
Xorvatiyada ölüm hökmü
Xorvatiyada 1991-ci ilə qədər tətbiq edilən ölüm cəzası cinayət cəzasının ən yüksək növüdür. Xorvatiyada sonuncu ölüm hökmü 1987-ci ildə, ölkə hələ Yuqoslaviyanın tərkibində olarkən həyata keçirilmişdir. Yuqoslaviya dövründə ölkə bir neçə səs-küylü cinayət işində cəza qismində ölüm cəzasını tətbiq etdi : Luka Yavorina, Plavnodakı dəmir yolu stansiyasının rəisi (M604 dəmir yolu): iş başında olarkən sərxoş vəziyyətdə olurdu. Bu da 15 avqust 1949-cu ildə qatar qəzasında 20 nəfərin ölümünə səbəb oldu. 24 oktyabr 1949-cu ildə güllələnib. Kazimir Antiç və qardaşı İvan: əvvəlcədən razılaşaraq, Kremeniç ailəsinin Sresdəki evində quldurluq etdi. Hücum zamanı Kazimir Antiç Yosip Kremeniçi oyun taxtası ilə öldürür, onun bacısı Mariyanı isə yaralayır. Antiç 6 noyabr 1967-ci ildə ölüm cəzasına məhkum edilmiş və 6 noyabr 1968-ci ildə edam edilmişdir. Ferdo Dariç Draqaniçdə yatmış qoca cütlük Petar və Bara Biliçiçi balta ilə öldürmüşdür. 1970-ci ildə edam edilmişdir.
Məhəbbətin hökmü (film, 1998)
Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir. Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir. Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir. Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir. Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir. Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib. Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
Ölüm hökmü ilə Disneylend
"Ölüm hökmü ilə Disneylend" (ing. Disneyland with the Death Penalty) — amerikalı yazıçı Uilyam Gibsonun jurnalistikada ilk mükəmməl işi olan Sinqapur haqqında yazılmış məqalə. 1993-cü ilin sentyabr–oktyabr ayları üçün "Wired" jurnalında sayda bir məqalə şəklində nəşr edilmişdir. Məqalədə yazıçının Sinqapurun memarlığı, fenomenologiyası və mədəniyyəti ilə bağlı fikirləri təqdim olunur. Gibsonun Sinqapurda olduğu müddətdə müəllif təmiz, cansıxıcı və uyğun bir şəhərlə heyran qaldı. Məqalənin adı və onun əsas metaforası — "Ölüm cəzası ilə Disneylend" – müəllifin Sinqapurun avtoritar bir dövlət kimi görünməsinə istinad edir. Gibsonun sözlərinə görə, Sinqapurda yaradıcılıq və orijinallıq ruhu yoxdur, onun tarixində və qeyri-rəsmi mədəniyyətdə izlər yoxdur. O, hökuməti geniş yayılmış, korporativ və texnokrat, məhkəmə sistemini isə çevik və drakonik hesab etdi. Sinqapurluları dadsız istehlak cəmiyyəti olaraq xarakterizə etdi. Müşahidələrinə dram əlavə etmək üçün, onları məhkəmə iclaslarında yerli xəbərlərlə izah etdi və məqalənin əvvəlində və sonunda Cənub-Şərqi Asiyadakı müxtəlif hava limanlarının fərqli təsvirlərini təqdim etdi.
Ölüm hökmü-ömürlük cəza
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
Ölüm hökmü-ömürlük cəza (film)